Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Əsiri-eşq olanlartək ona bir rəhgüzar olmaz.

Edər bədməstlik daim xumarasa siyəh çeşmin,Töküb eşq əhlinin qanın ki, bir an huşiyar olmaz.

Vurarlar tənə daşilə məni biganələr sənsiz,Odur kim, bu sınıq könlüm yerində bərqərar olmaz.

Camalın şəminə, ey məh, yanar şamü səhər könlüm,Nə pərvanə yanar mən tək, nə ruyin kimi nar olmaz.

Gəlib tən eyləyər sənsiz mənə biganə gördükdə,Təəccübdür, mənim hali-dilimdən şərmsar olmaz!

Səri-kuyində müddətdir, dolannam zarü sərgərdan,Fəraqından təni-zarımda bir dəm ixtiyar olmaz.

Bu söz zərbülməsəldir, xəlq içində söylənir, Vahid,Vəfa umma gözəllərdən, gözəldə etibar olmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love