Ey dil, unutma zülm eləyən məhliqaləri
Ey dil, unutma zülm eləyən məhliqaləri,Onlardır eşq əsiri edən binəvaləri.
Zənciri-zülfə etmə həvəs, ey əsiri-eşq!Çox görmüşük bu damə düşən mübtəlaləri.
Hüsn əhlinin bu adətidir, bivəfa olur,Çox da məzəmmət eyləməyin dilrübaləri.
Hər şuxa vermə könlünü, bağlanma zülfünə,Çünki çəkib bu yolda başım çox bəlaləri.
Divanə etməyincə götürməz yaxandan əl,Çox çəkdim imtahanə bu zülfü qəraləri.
Aldanma rəhmsiz, bu vəfasız gözəllərə,Daim edərlər aşiqə cövrü cəfaləri.
Vahid, cahanda təneyi-biganə yaxşıdır,Püriddia görüncə bu dost-aşinaləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ey-dil-unutma-zulm-eleyen-mehliqaleri
Use ← → keys to move, R for a random poem
More by this author
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Təngdir qönçə dəhanın, gec gəlir avazə sözTəngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Səhvdir, müşk desəm türreyi-əmbər muyəSəhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.