Ay Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.

Məktubları, jurnal, qəzeti kənddə, şəhərdəMən paylayıram çox evə beşmərtəbələrdə.Öz işlədiyim yerdə tutulmur bu nəzərdə,Hər kəs sevinər zəhmətinə qiymət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.

Keçmişdə də çox yük daşınıb at, qazalaqla,Carçı dolanardı şəhəri axsaq ulaqla,Onlar çox əziyyətdə olublar bu sayaqla,İndi minirəm mən maşına qismət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.

Poçtalyona bir yaxşı, rahat yer gərək olsun,Sürətlə gedən saz motoroller gərək olsun,Poçtalyon olan kəs özü şofer gərək olsun.Nazirliyə bildir bunu sən söhbət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire