Ləyali-vüsal, yaxud keçən gecə
Bu şəb o dilbər ilə bağzari-ülfətdə –Gözəl-gözəl qonuşurduq, nə dadlı söhbət idi!
Onunla olmada həmduşi-inşirahü nişat,Bütün müsahibəmiz eşq idi, məhəbbət idi.
Mən eyləyirdim ona kəşf sureyi-eşqi,O da zəminə baxar, guşdari-diqqət idi.
Müəllimanə kəlamım müəssir olmalı kim –Ki, gah-gah təbəssümnisari-iffət idi.
Xəyalə daldığını hiss edirdi vicdanım,Əvət, düşünmüş idi sözlərim həqiqət idi.
Üzündə bərq uruyordu həzin-həzin xəndə,O hüzni-xəndənüma ləm'eyi-məsərrət idi.
Fəda o çöhrəyə kim, mövcədari-iffətdir,Fəda o gözlərə kim, xəndərizi-ismət idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-leyali-vusal-yaxud-kecen-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Ney tək nəvayə gəldi yenə, tutdu nar dilNey tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.