| vikipediya_keçidi =| vikisitat_keçidi =| commons_keçidi =}}

Olursa mə'rifətpərvər - məlaikdən mükərrəmdir.Yaşarsa aləmi-vəhşətdə - heyvandan da kəmtərdir.Dəyanət elminə kəsbi-qənaət eyləyən bədbəxtSənayepərvəran indində naqisdir, mühəqqərdir.Otuz il elmi-ədyanə həyatın həsr edən "alim"Həyat ərbabına düşmən olub mövtayə rəhbərdir.Fünuni-sən'ət ilə can verirlər cismi-biruhə,Fəqihi-mürdədil can almaq elmində hünərvərdir.Otursan məclisi-vəzində ləzzətyab olmaqçın,Görürsən kim, dilində nəzrü fitrə virdü əzbərdir.Olubdur filisufanın əlində masiva təsxir,Bizim əllamə sehr elmində Harutə bərabərdir.Ədibi-ruhpərvərlər olublar tərcümanülvəhy,Bizim fəhhamə, əlhəq, lafzənlikdə süxənvərdir.Nəzərəndazi-diqqət olsanız adəm görər filhal,Bu bədbəxtandan xeyr olmamaq gündən də əzhərdir.Ayıl, biçarə millət, iktisabi-elmü sən'ət qıl,Sənaye əhli ülviyyati-alül’alə məzhərdir.Sənaye şahrahın teyy edən əqvami-məs'udəTərəqqiyyati-fövqəl’adə ilə kampərvərdir.Fünuni-nəf bəxşalə qılıblar aləmi mə'mur,Bizim elmi-əsəfbəxşa dirəxti-xüşkü bibərdir.Və "kərrəmna bəni-Adəm..."* nişanın hifz üçün, Hadi,Maarif kəsbi qılmaq bizlərə əmri-peyəmbərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice