Bükayi-təbiət
Bəxti-nəmərdanəmizdən ruzgar ağlar bizə,Oylə bədbəxtiz ki, bəxti-nabəkar ağlar bizə,Ətfi-çeşmi-intibah etdikcə yar ağlar bizə,Hər səhər gülşəndə dad eylər, həzar ağlar bizə,Qönçələr, güllər, çiçəklər, mürğzar ağlar bizə.
Didəmə məşhud olur aləm bütün darül-məlal,Olmasınmı həqqimiz məhzumi-ərbabiz-zəlal.Ətfi-ənzari-həqiqət eylə, ey sahibkəmal,..............................Payimal olmuş hilali-şərmsar ağlar bizə...............................
Kürreyi-ərzə bütün oldu əcanib hökmran,Qalx, ey naim, açılmışdır səbahi-imtəhan!Qanə dönmüşdür bu gündə qəlbi-millətpərvəran,Qəbri-pakində rəsuli-kirdgar ağlar bizə.
Ümməti-mə’sumə etmiş xabi-cəhlə inhimak,Bir nəfəs olsun belə qəflətdən etməz infikak,Boylə getsə hal, əlbəttə, təbiidir həlak,Şahrahi-intibahə qılmaz isək insilak,Çeşmi-istiqbali-millət zar-zar ağlar bizə.
Bir xərababadi-qəmdir sanki gülzari-vətən,Qəlbi-qəmpərvərdəmiz ləbrizi-aləmü mihən,Vərteyi-zillətdə məhkumi-fənadır mərdü zən,Seyli-cuşani-fəlakət hər tərəfdən mövczən,Dalğalar, girdablər, mövci-bəhar ağlar bizə.
Qabili-itfa deyilkən nuru islamiyyətin,Söndü əfvahi-nifaq ilə ziyası vəhdətin,Şimdi yalnız nami qalmış bizdə insaniyyətin,Ümməti-mərhumədə yox ruhu mövcudiyyətin,Oylə mövtayız ki, əshabi-məzar ağlar bizə.
Olmayır məşhud hala bizdə asari-nədəm,Qaliba vurmaqdayız bihudə dəmlər dəmbədəm,Olmadıq rahi-nicatə xitvəəndazi-qədəm,Kəştiyi-islam olub mə’ruzi-girdabi-ədəm,Əl’əman, ey naxuda, xəlqi-bəhar ağlar bizə.
Eylə işğa pəndi-atiyi, əya əhli-kərəm,Söyləmişdir Müslihəddin, ol ədibi-möhtərəm:“Dər təriqət dəm nəmibayəd qədəm bayəd qədər”.Eylər insaniyyəti məs’ud ərbabi-qələm,Bunlar olmaz isə bəxti-dağdar ağlar bizə.
İzzəti-nəfs ilə ölmək bir məziyyətdir bizə!Ömr sürmək min səfalətlə əziyyətdir bizə!Şanlı ölmək, şanlı ölmək – şanü şöhrətdir bizə!Bərhəyat olmaq əsarətlə xəsarətdir bizə!Gər ölürsək şirasa, Zülfiqar ağlar bizə.
30 may
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-bukayi-tebiet
Use ← → keys to move, R for a random poem
More by this author
Xərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
Amali-tərəqqiHəqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Ədl-zülm, yaxud bir xarabəzarın mənzərəsiNizami Gəncəvi*Hər kişi İsa kimi bəxş etsə can,
Cövlangəhi-fikr olursa vase'Cövlangəhi-fikr olursa vase',Keyfincə qoşar xəyali-səyyar.
Poems by other poets · Nature and spring
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,