Yavaş-yavaş
Məhəbbət əhliyəm çeşmi-xumara,Gəşt eylə dünyanı gəz yavaş-yavaş.Unutma dostunu peşman olarsan,Dostunan düşməni seç yavaş-yavaş.
Nə ağlın var, nə huşun var, kam alımMən danışım, qulaq asın, dəm alın.Cəm eylə idrakın, ağıl-kamalın,Yolunla getginən düz yavaş-yavaş.
Alıyam, çağırram sirri-xudanı,Unutmam duz-çörək, həmi də nanı.Fələk üz döndərər, haqqını tanı,Elini, gününü bil yavaş-yavaş.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-yavas-yavas-mehebbet-ehliyem-cesmi-xumara
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.
DüşmüşəmArif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,