Ah, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,Çəkdi yüz daği-bəla sinəmdə pünhan ayrılıq,Qıldı könlüm çeşməsin qan ilə qəltan ayrılıq,Zülfünə nisbət qılıb, halım pərişan ayrılıq.

Qanə dönmüş könlümü hicrilə mötad1 eylərəm,Belə keçsə halımız dünyanı bərbad eylərəm,Hər zaman yüz təhr ahü-nalə bünyad eylərəm,Qalmışam nalan qəfəs küncündə fəryad eylərəm,Gül kimi qıldı məni çaki-giriban ayrılıq.

Dudi-ahim zəxməti əhli-cahanı ağladır,Yadi-vəslin söhbəti bu binəvanı ağladır,Küfrü zülfün arzusu dinü imanı ağladır,Ahi-naləm heybəti ərzi, səmanı ağladır,Göstərib axır mana yüz daği-hicran ayrılıq.

Olmuşam rəncuri xəstə, səbrilə möhnət çəkib,Əyləşib qəmxanədə qan ağlaram, zəhmət çəkib,Hər yetən adama tutub üz bəsi minnət çəkib,Bülbüli-şeyda kimi rüxsarına həsrət çəkib,Qıldı hərdəm zar müztərr, didə giryan ayrılıq.

İstərəm dəhri-qəmin hər nə əzabı var olam,Neyləyim hicran sarıda bikəsəm, qəmxar olam,Könlümün yanmaqlığından ahi-atəşbar olam.Kakilin sərriştəsində istərəm züniar olam.Etdi biçarə Kərimi Şeyx Sənan ayrılıq.

Random poem

More by this author

Poems by other poets · Separation