Yaylaq
Min büsata, min sovqata məkansan,Əlvansan bu başdan-o başa, yaylaq.Doymur cəlalından türfə gözəllər.Eyləyir hüsnünə tamaşa, yaylaq.
İntizarda qoydun qışlaq elini,Məftun eyləmirsən siyah telini.Almısan qoynuna incə belini,Girmisən aranla savaşa, yaylaq.
Bir mələk misallı atsa oxunu,Kənar olmaz, can evimə toxunu.Yağdı yağış, şirinlətdi yuxunu,Büründü mehmanın qumaşa, yaylaq.
Ah divanədi, orman dolanır,Gözəllər hüsnündə dərman dolanır.Köçürəm, qətlimə fərman dolanır,Yaşat gözəlləri, həm yaşa, yaylaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-yaylaq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm