Kimsən gedən, boyu bəstə,Bilincə gözlərəm səni.Dayanaram yolun üstə,Gəlincə gözlərəm səni.

Şəbnəm üstə aydın izin,Mehman mənəm – diyar sizin,Sürünərəm dizin-dizin,Yolunca gözlərəm səni!

Gözün şəhla, kiprik oxdu,Köçən köçür görən yoxdu,Darıxmaram, səbrim çoxdu,Ölüncə gözlərəm səni.

Alıyam, həsrət çəkərəm,Qəm çəkərəm, dərd çəkərəm,Dəryaya qan-yaş tökərəm,Dolunca gözlərəm səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets