Əlif-Lam
“Əlif” həmdəmsə “lam” ilə,Dürüstü min bir ad eylər.“Be” billahın bir adıdı,Sən yad eylə, o yad eylər.
“Pe” pənc əla, səda oldu,“Te” tohiddi, əda oldu,“Se” seyyidə nida oldu,İkramın qəlbin şad eylər.
“Cim” cəmaldı Məhəmmədə,“Ha” Heydərdi sirr Əhədə.“Xe” Xaliq olsa kimsədə,Viran qəlbi abad eylər.
“Dal” davərdi, haqq arayan,“Zal” zalımdı, qaldı üryan.“Re” rəbbidi, olmaz əyan,Üç ad kəlmey-şədət eylər.
“Ze” zülcəlal, Əli mərddi,“Sin” surədi, yüz on dörddü.“Şin” şivən, şamu firqətdi,“Ce” cəngdən cümlə dad eylər.
“Sad” səməddi, bi həmdullah,“Zad” Zəburdu, nazil Allah.“Ta” təvvabdı rəhmi güllah,“Zat” zat əkrəm irad eylər.
“Eyn” etiqat qıl tamaşa,“Ğeyn” qüsul, ayaq-başa.“Fe” faiddi hər bir yaşa,“Qaf” qadirdi, imdad eylər.
“Nun” nəqqaşdı, qüdrət onda,“Kaf” kaf – peykər firudunda.“Vav” vahidi sevər xuda,“Cim” cahartəb murad eylər.
“Kaf” kafərdi Zülfüqarə,“Zamla” ilə yeki ara.“Mim” münkərdi, çəkər darə,“Haqq” Alını azad eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-elif-lam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Oturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
Kanz al-Haqa'iq, chapter 1به نام آن که اول کرد و آخربه نام آن که باطن کرد و ظاهر
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.
Bir cibimdə əskinasımBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!