Küçük bir levhə
Ehtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.Şəms, o nevzadi-təbiət gülüyor şəşəəbar,Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat.Sanki hər şey gülüyor, ərzü səma həp məsrur,Hər tərəf mevceyi-nur...
Kainatə veriyor nəşə nəsimi-səhəri,Sərvlər qaməti mevzun ilə həp məsti-qürur...Bir tərəfdə ötüşür şevqü şətarətlə tüyur,Pərdə-pərdə eniyor, yüksəliyor nəğmələri.Süslənib naz ilə bir yanda gülümsər əzhar,Pürsəfa, ləmənisar...
Gəzinir qarşıda bir tifli-məlahət yalınız...Hər ədasilə o şux aləmi eylər məshur.İştə, səyyar çiçək denməyə şayan bir qız!Çeşmi-məxmurinə baqdıqca ürək çırpınıyor,Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər!O səmavi gözlər!
Həp çiçəklərdə təməvvüc edən əlvani-sürur,Əks edib çöhreyi-gülgününə eylər ləman;Zülfi-zərtarını yaldızlar ilahi bir nur,İştə bir levhə ki, hər zairi eylər heyran;İştə bir şer ki, hər şairi eylər təltif,Nə qədər şeri-lətif!..Böyük dərə.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-kucuk-bir-levhe
Use ← → keys to move, R for a random poem
More by this author
Verdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
Vərəmli qızSarı gül! Ey şikəstə, solğun nur!Niçin aludeyi-xəyal oldun?!
Xuraman-xuramanPənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət
Yadi-maziMazi!.. O gözəl xatireyi-şövqü şətarət,Hər an oluyor hafizəpirayi-təhəssür.
Poems by other poets · Divine love
باید سخن فضل خدا گوش کنی
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Hayd parkLondonda "Haydpark" deyilən bir bağda hər kəsistədiyini danışmaq, hətta hökuməti ittiham etmək
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib