Uyuyur... caməxabı toz, torpaq;Nə bir ümmidi var, nə kimsəsi var.O bir öksüz, o bir soluq yarpaq;Nə də məhzun köküs keçirməsi var.

Ona yoldan keçənlərin ürəyiDaş kəsilmiş də yasdıq olmuşdur.Yox onun imdi kimsədən diləyi;Uyuyur... binəva yorulmuşdur.

Günəşin qızğın, odlu zərbəsinəHədəf olmuş vücudu; həm də əlil...Bir kiçik qülbə yox ki, kölgəsinəİltica eyləsin zavallı səfil!

Zülmü fisqin, cinayətin yolunuSədd üçün həbsxanalar yapılır.İmdi məsum ikən, səfalət onuMücrim elan edər, yarın asılır.

Haqqa varmaq, pərəstiş etmək üçünUcalır bir tərəfdə məbədlər.Daş, çamur, haqq rizası namümkün...Aldanır, aldanır zavallı bəşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets