Bakıda
Balaxanı neft mədənlərinə gedərkən, Məsud ilə Şəfiqə arasında bir müsahibə.Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan neft buruqlarını görüncə,sevinərək Məsuda göstərir.
Şəfiqə
Uzaq, uzaq, çox uzaq yerdə iştə bir orman!Nasıl da xoş, nə qədər şairanə sərvistan!Bax, iştə bax, nədir onlar? Nə söylədinsə yalan...Gəzib dolaşsa — deyirdin — bu şəhri bir insan,Çiçəkli bir kiçicik bağçadan əsər bulmaz.O sərvlər səni təsdiq içinmi? Ay qurnaz!Nədir o mənzərə? Bir bax, nasıl da cazibədarKi, hər baxışda doğar qəlbə bir süruri-bahar.O sərvlikdə gəzənlər deyilmi həp məsud?Deyilmi — allah için söylə — həpsi vəcdalud?
(birdən-birə heyrətlə)
Dəyişdi bət-bənizin, böylə zəhrxəndinləNə söyləmək diləyirsən? Aman, çapuq söylə!..
Məsud
Nə söyləyim, nə düşündünsə həpsi nəşəpəzir,Gözəl, sevimli, fəqət şairanə bir təsvir...Bu bir həqiqətə bənzər xəyali-müzlimdirKi, pişgahi-nigahında şöylə dalğalanır.“Xəyal içində bəşər daima səadət arar.Həqiqətin üzü lakin, gülümsəməz, ağlar”.O sərvlər ki, uzaqdan sana təbəssüm edər,Bir az da yaxlaşalım: bax həmən təcəssüm edər:Önündə bir sürü dəhşətli, sisli abidələrKi, daima saçar ətrafa kirli rayihələr,O sərvlikdə çayırdan, çiçəkdən iz yoxdur,Görürkən anlayacaqsan ki, həp bataqlıqdır.Gözəl, təmiz su bulunmaz, cəhənnəmi bir çöl...Ki zift axar, birikir, hər tərəf olur göl-göl...Bu “sərvlik” dediyin həp müləvvəs ehramlar,Çamurlu, hisli buruqlardır, öylə mənzərədar.Yığın-yığın bəşəriyyət o müzlim ormandaYaşar, qoşar, çalışır zift içində hər yanda,Həyatı güldürəcək bir ümidə bağlanaraq,İş arxasınca qoşuşmaqda həpsi çırpınaraq.Bir az da yaxlaşalım, gör zavallı insanlar,Nələr çəkir yaşamaqçin! Nasıl yaşar onlar!Görüncə tab edəməzsən, acırsan, ağlarsan,Nədir bəlayi-məişət, duyarsan, anlarsan.Şəfiqə
Xayır, o lövhəyi mən görmək istəməm, dönəlim...
Məsud
Fəqət neçin əcəba! Söyləməzmisən, gözəlim?
Şəfiqə
Neçinmi? Köksümü gəl dinlə, sonra halımı bil,Bax iştə, eylə tamaşayə varmı taqəti-dil?Birər-birər mənə anlatdığın o mənzərədənKönüldə hasil olur sadə, gizli bir şivən.Həmən dönüb gedəlim, məncə fəzlə seyr etmək.Yazıq!.. Bəlayi-məişət həyatı məhv edəcək.Ağır dəmirlərin altında həp əzilmək içinUzaq, fəqət çox uzaq, çox yabançı ölkələrinFəqir, zavallı, səfalətkəşidə övladı,Qoşub gəlir iş için, həpsinin bu mötadı...Çoluq-çocuq, ana, həmşirə, qız, nişanlı, gəlin;Vətəndə həp gözü yollarda müztərib, qəmgin...Məlali-həsrətə düşgün kədərli ailələr,Bu gün, yarın deyə həp intizar içində mələr,Yarınkı gün, kimi məyus olub təvərrüm edər;Sönüb gedər, yaşamaz, cümlə kainatə küsər.Fəqət yaşar kimi, yəsü ümid içində yaşar,Soluq həyat ilə axşam, səhər yanar, sızlar.O binəvaları yad eylədikcə həp bunlar,Cəfayə, zəhmətə qarşı köküs gərib çapalar.Bu rəzmgahi-məişətdə yıpranır həpsi.O zift axan quyular onların əcəl qapısı...Səqətlənir çoxu qoldan, qabırğadan, beldən,Yarımcəsəd, yarıminsan qalıb düşər dildən.İkinci bir yeni zillət təməsxür eyləyərəkGülər zavallıya, bədbəxt adam nə yapsa gərək...Xayır, bu halı düşündükcə artıyor kədərim;O qanlı məzbəhə getməkdən ehtiraz edərim.O sərvlər nə imiş imdi anladım, bildim;Birər məzar daşıdır həp kədərnüma, müzlim.Uzaqdan öylə gözəlkən, təqərrüb etdikcəXəyali, hissi üzər cangüza bir işgəncə.Xayır, bu kirli, müləvvəs mühitə mən varamam!Həmən çapuq dönəlim, hər şey anlaşıldı tamam.
Məsud
Fəqət çox aldanıyorsun, mənim gözəl mələyim,Düşündüyün gözəl, amma yanılma, sevdiciyim,Bu nəşəsiz, bu kədərza, bu müzlim aləmdənZiyalanır bütün evlər, cahan olur rövşən.O zift axan quyular mənbəyi-səadətdir;Axıb gedən sular altundur, eyni sərvətdir.Bax, iştə həp o buruqlar birər böyük bütdürKi, pişgahinə çox kimsə varmadan bükülür.Bu şəhr içində görüb duyduğun o hissi-nəşat,Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat,Bütün o təntənələr, həp o süslü heykəllərBu sisli, hisli buruqlarla iftixar eylər.
Şəfiqə
Əvət!.. O sərvətü saman içində zənginlərKədər nə... bilməyərək istirahət etsinlər!Fəqət zavallı fəqir orta yerdə qəhr olsun,Zəhərli qazları udsun da yıpranıb solsun.Səbəb nə? — səhhətə düşmən — o nəmli yerlərdəFəqir olan çürüsün!.. Haqqü mədələt nerdə?
Məsud
Bu anlaşılmayacaq bir suali-müşkildirKi, həll edilməsi zənnimcə qeyri-qabildir.Bu fikrə qarşı nə mazi cavab verdi, nə hal;Sənin bu fikrini kəşf eylər ancaq istiqbal...
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-bakida
Use ← → keys to move, R for a random poem
More by this author
Zabilistanda təlim meydanı. Səhər erkən… Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy d ə l i q a n l ı s i l ə qılıc təlimi yaparaq vuruşur. Bir yanda Z a l oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir q a d ı n l a k ö y l ü q ı z l a r və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.Ümumi alqış.*
Birinci pərdəI SƏHNƏ**Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır*
İkinci pərdəI SƏHNƏ**Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.*
Üçüncü pərdəI SƏHNƏ**Ətrafda yalçın qayalar və yeşil ovalar… Uzaqda çoban düdüyü çalınır.*
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani