Bən istərim ki, gözəllər, bütün gözəlliklərUzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.Uzaq və incə təbəssümlərilə şamü səhər,Həyatə nuri-səfa sərpərək çiçəklənsin.

Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar,Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.Uzaq, bəşərdən uzaq, gizli bir fəzayə qoşar,Yaşar mələk kibi, xoş bir xəyali-məğfil olur.

Əvət, uzaqda səadət var, eşqə hörmət var.Yaqın zəhərlidir, amma uzaqda cənnət var;Uzaqda var əbədiyyət ki, başqa nemətdir.

Cihanı cənnətə təşbih edər də bir şair,Gözəl bir afəti bəzən mələk sanır, sevinir,Fəqət səadəti - aldanma, pək müvəqqətdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets