-(Bakı işçisinə)**

Onlar, o çəlik qollar, o qollardakı qüvvətSaçmaqda quduz kinlərə dəhşət.Yox, bir daha görməz o çəlik qolları zəncir,Çıldırsa da hər qanlı cahangir.

Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın,Düşmənləri daim heçə saydın.Qoş sülhə, çalış, aləmə qüvvətlə işıq ver,Çarpışmaq üçün əzmini göstər.

Ey şanlı əmək ordusu, ey şanlı mübariz!Çoxlar səni zənn etsə də aciz,Sən yüksələcək, parlayacaq, parladacaqsan,Hər qütbə şətarət qatacaqsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets