Üçüncü pərdə
Page 1 of 2
Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş...
Son bahar, öylə, sisli hava...
X a v ə r
(yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar)
Çoq şükür, iştə həp sağaldı yaran,
Baq, nasıl mərhəmətlidir Yaradan.
Y a r a l ı z a b i t
Ah, sağaldıqca artıyor kədərim,
Bəni məhv eyliyor düşüncələrim
Yadə gəldikcə ailəm, yurdum,
Sarsılır istirahətim, uyqum.
Hələ sən, ah sən! Sənin kədərin
Bəndə bir iz bıraqdı xeyli dərin;
Çünki yalnız bənimlə uğraşaraq,
Aqibət düşdün Arifindən uzaq.
X a v ə r
Hiç məraq istəməz, xayır, haşa
Bana sən mane olmadın əsla.
Şu qəza doğdu bir təsadüfdən,
Bəni tale ayırdı Arifdən.
Bu sırada iki türk zabiti gəlir.
İ x t i y a r
Mərhəba!
B i r i n c i z a b i t
Mərhəba, əfəndi baba!
İ k i n c i z a b i t
Qülbənizdə su varmıdır əcəba?
İ x t i y a r
Vardır, əlbəttə, həm də xeyli sərin,
Buyurun, bir qədər də rahət edin.
İçəri girərlər. Ixtiyar su döküb verir. Xavərlə yaralı zabit bir guşəyə sıqılıb durur.
B i r i n c i z a b i t
Pək sıcaq, qalmamış təvan artıq,
Ayrılıb ordudan fəna susadıq.
Alnının tərini silib sudan içər. İxtiyar ikinci zabit için də döküb vermək istər.
İk i n c i z a b i t
Dur, babam, dur, aman, rica edərim.
(kəndisi döküb içər)
B i r i n c i z a b i t
(yaralı zabiti süzərək)
Bana baq, ixtiyar, şu zabit kim?
İ x t i y a r
Bir əsir, iştə ordudan aralı.
X a v ə r
Kimsəsiz bir zavallıdır, yaralı.
İk i n c i z a b i t
Bir lehistanlıdır bu, ya bir rus.
B i r i n c i z a b i t
Kim bilir, bəlkə, bəlkə bir casus.
Y a r a l ı z a b i t
Əfv edərsin, xayır, nə bir rusum,
Nə lehim bən, nə kirli casusum.
Bir müsəlman, qazanlı bir türküm,
Bəncə bir ya həyat, yaxud ölüm.
B i r i n c i z a b i t
Başqa millətdən olmuş olsaydın,
Yenə mümkündü əfvin... Ah, azğın!
Türk olub türkə atəş etmək için
Yalınız bir cəzayə layiqsin.
O da e’dam...
X a v ə r
(təlaş və həyəcan ilə)
Aman, əfəndim, inan,
O deyil öylə suçlu bir insan.
İ x t i y a r
Xayır, evladım, olmayın əsəbi,
Başqa, pək başqadır onun qəlbi.
Y a r a l ı z a b i t
(acı qəhqəhələrlə)
Nə tuhaf! Ta küçük yaşımdan bən
Millətimçin zəfərlər özlərkən,
Iştə tale! Bənim asılmam için,
Şimdi siz hökm edərsiniz, lakin,
Sizə bən vermək istəməm zəhmət...
(Dərhal cibindən bir tabança çıqarır və kəndi qafasını nişan alır.)
X a v ə r
Ah, aman!..
İ k i n c i z a b i t
(onun biləyini yaqalar)
Dur, təlaşə yoq hacət.
İ x t i y a r
Ah, çılğın, bütün cihan çılğın!
Bu günün arqasında yoqmu yarın?
Bu sırada bir qara ə r ə b z a b i t i gəlir, məmnun və laübali qəhqəhələrlə gülməyə
başlar.
B i r i n c i z a b i t
Nə imiş arqadaş, nə var, nə xəbər?
Varmıdır yoqsa başqa fəthü zəfər?
Ə r ə b z a b i t i
(daha çılğınca qəhqəhələrlə)
Bitdi artıq bütün səfərbərlik,
Bitdi həp qəhrəmanlıq, əskərlik.
İştə rahət zamanı gəldi bizə,
Dönüyor ordu kəndi ölkəmizə.
B i r i n c i z a b i t
Niçin, anlat, niçin bu?
(ətrafa)
Ah, canavar!
Ə r ə b z a b i t i
Açıvermiş hüdudu bolqarlar,
Kevkəbi-tale, eyləmiş də üful,
İngilislərlə dolmuş İstanbul.
(Hər kəsdə təəssür və heyrət).
Y a r a l ı z a b i t
Sus yetər, ah, xain alçaq, sus!
Ə r ə b z a b i t i
(istehzalı və məmnun qəhqəhə ilə)
Sanki bən susdum, öylədir əfsus.
B i r i n c i z a b i t
Bu hərif iştə daima bayquş.
İ k i n c i z a b i t
Zənn edərsəm, o həm də pək sərxoş...
Y a r a l ı z a b i t
(sinirli və qızğın)
Ah, ərəb, cismi, ruhu, qəlbi ərəb,
Həm də məmnun... nədir bu halə səbəb?
(acı qəhqəhədən sonra)
Ya! O sərxoşmu? Yoq, inanma, xayır.
İştə!
Dərhal qəlbgahindən nişan alır, tabança açılır.
Ə r ə b z a b i t i
Ah!
(Deyə sol əli ilə yarasını tutar, sağ əlilə cibindən tabançayı çıqarıb
qarşı qoymaq istərsə də müvəffəq olamaz. Silahı hiddətlə bir tərəfə
atar və iztirablar içində tərki-həyat edər)
Y a r a l ı z a b i t
İştə baq, nasıl ayılır?
Bu sırada dışarıdan İblisin məmnun və sürəkli qəhqəhələri eşidilir.
İ x t i y a r
Sən nə yapdın, nədir bu hal, oğlum!
Y a r a l ı z a b i t
Sadə, bir bayquş ağzı susdurdum.
(zabitlərə)
Bir qüsur iştə, bulsanız haqsız,
Bəni e’dama şimdi haqlısınız.
(Əlindəki silahı təqdim edər)
B i r i n c i z a b i t
(silahı rədd ilə)
Bu xəbərdən sevinci çoqdu onun,
Ona layiqdi müjdə bir qurşun.
İ k i n c i z a b i t
(istehzalı təbəssümlə)
Pək yorulmuşdu hərbdən, əlbət,
Etmək istərdi bir qədər rahət.
Y a r a l ı z a b i t
Daha durmaq xəta, həmən gedəlim,
Bu xəbər düz də olsa fərz edəlim,
Bir mücahid dönərmi əzmindən?
Ah, bən şimdi ölmək istərkən
Yaşamaq istərim də bir müddət...
B i r i n c i z a b i t
Biz yaşarsaq, əvət yaşar millət.
Bu halda dışarıdan aşağıdakı marş eşidilir.
M a r ş
Türk oğlu sözündən dönməz,
Məhv olur da sürüklənməz.
Həp yüksəlmək dilər, enməz,
Çarpışır yaşar.
Yurdumuzun arslanları,
İzlər durur düşmanları,
Fırtınalı dənizvarı
Hər coşub daşar.
Əngin fəza çardağımız
Al şəfəqlər bayrağımız,
Qorqu bilməz oymağımız,
Haq için qoşar.
İ k i n c i z a b i t
(marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar)
Gedəlim, yoq gecikmənin səməri.
Y a r a l ı z a b i t
Gedəlim, haqqa doğru, arş iləri!
Gedərlər.
İ x t i y a r
(yoldan keçən bir nəfərə cənazəyi göstərir)
Oğlum, bana yardım eylə bir an.
X a v ə r
(mərhəmətli və mütəəssir)
Bir hiçlə zavallı oldu qurban.
İ x t i y a r
Yoq kimsədə mərhəmətlə vicdan,
İnsanlığı həp unutdu insan.
(cənazəyi qaldırıb götürürlər)
X a v ə r
(yalnız)
İblisə uyub da əhli-aləm,
Həp yer yüzü qanlı, cümlə sərsəm...
İ b l i s
(bir guşədə ağsaqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə)
İnsandakı nəfsi-şumə daim
İblis olur, ancaq olsa hakim.
Bu sırada V a s i f l ə R ə ’ n a təlaş içində gəlirlər.
R ə’ n a
Allah için eyləyin inayət,
İzlər bizi bir yığın fəlakət.
V a s i f
(e’tinasız)
Yoq qorquya ehtiyac...
R ə’ n a
Aman dur!
Tərk et də inadı, olma məğrur,
Baq, arqadaşın çocuqluğundan
Bir qurşuna oldu şimdi qurban.
V a s i f
Hər dürlü qəzayə razıyım bən,
Qorqmam fəqət öylə bir dənidən.
X a v ə r
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-iblis-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
ƏŞXASMəcid əfəndi – mətbəə müdiri.
Birinci pərdəMətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi – sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə – mətbəəyə enmək üzrə daima açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və soldasandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı... Pərdə açıldıqda munis və zində çöhrəli Rəuf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baqışlı Şeyda isə cığarayı dumanlataraq əli alnında düşünüb durur.*
İkinci pərdəKüçük, sadə bir oda... Sağda iki pəncərə, solda bir qapı, ucda bir yataq karyolası... Pəncərəönündə bir masa və bir qaç iskəmlə... Masa üzərində bir-iki qədəh, su və raqı sürahisi,
Üçüncü pərdəBağçada ətrafı yeşilliklər, güllər və çiçəklərlə süslənmiş fəvvarəli bir havuz... Kənarda çinarlar, sərvlər... oturmağa məxsus uzun sıralar... Ta uzaqlarda gözəl və şairanə mənzərələr...*Mayıs, ikindi çağı. Açıq hava...*
Poems by other poets
Aralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.