Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,Yanar, səni anarım, dilbərim! Fəqət səncə,Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

Gözəl mələk! Gecələr daima səmayə baqar,Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.Onun ziyayi-rəqiqilə həp uçar, qalqar,Arar, bulur, səni dinlər kədərli duyğularım,Kəsik təranələrim, həp zəhərli qayğularım.

Bütün cahan uyuyor, kainat həp dalğın...Məgər xəyali-bəidinlə ruhi-məcruhum,Qəmərdə birləşərək pək acıqlı, pək çılğınBir iştiyaq ilə giryandır, ey mənim ruhum!

Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?Hirəmi-nazinə pərvaz edən şüai-nəzərQalır zülami-təhəyyürdə münkəsir, bitab...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü pərdə

İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.*K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaqlaşar.*

192812 min
Beşinci pərdə

Berlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.*

192819 min
Maral

ƏŞXAST u r x a n b ə y – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında.

19131 min
Birinci pərdə

Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...*Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.*

191322 min

Poems by other poets