Məhəmməd Əli bəy Məcruhə
Əbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.Əqrəbu minəl-əb'əd vəchhi,Ziyarətin bizə olubdur vacib.
Şuğlumuz həddən olub ziyadə,Gahi süvarəyik, gahi piyadə,Həmdəmsiz qalmışam belə səhrada,Nə münis tapılur, nə bir müsahib.
Nə ağlayan ələ düşər, nə gülən,Tapılmaz bu pərdə bircə dil bilən,Səndə yarım tezlik ilən gəl, gələn,Bəlkə təsir edə şihabə saqib.
Mənə indi xəyal olub məşğələ,Fikrim heyəti-mədən edir məsələ,Təsirindən zahir olur zəlzələ,Nücum-i bəxtimə baxır kəvakib.
Yalqızlıqdan dama dönüb başımız,Təbbax qəzadan bişməz aşımız,Az qalubdur qırxa yetsin yaşımız,Kimiçün yüz verüb belə əcaib.
Adı var dünyada, yox imiş himmət,Nəyə münasibdir mehrsiz ülfət,Yüz kərə kərəmdən olsan bi-rəğbət,Həqiqət mən sənə rağibəm, rağib.
Qəza hər rəhrovdə qurubdur damin,Ayağın bağlayır bəxtənin xamın,Əcəl əjdahası açubdur kamın,Nə baş qoyacaq, nə quru qalib.
Bu sözlər təb'imə gəldi müvafiq,Əgərçə təhrirə deyildi layiq,Həmişə qulunə deyilüb sadiq,Qasırım, deyiləm dünyada kazib.
Kitabxana.az · https://kitabxana.az/en/works/sirvanli-molla-ismayil-qasir-mehemmed-eli-bey-mecruhe
Use ← → keys to move, R for a random poem
More by this author
Çıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
Poems by other poets · Fate
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Ey sənəm, açgil yüzündən zülfi-ənbərbarınıEy sənəm, açgil yüzündən zülfi-ənbərbarını,Qoymagil müshəf yüzinə daxı bu zünnarını.
فلک را عهد بس نااستوار استهمه کار جهان ناپایدارست
شکوه بر چرخ برند از دشمنعجبا چرخ بُوَد دشمن من