Sənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.

Neçə gündür xidmətinə gəlmirəm,Bəlkə çıxartmısan bizləri yaddan.

Könlümdə çox vəhşət, çox əza olub,Məndən bu viranə yüz cəfa olub.

Təzə kərbəlayı bivəfa olub,Doğrusu düşmüşəm mən etiqaddan.

Gənə sənə deyim, qoy bari, dərdi,Sənsən zamanənin mərdanə mərdi.

Hər çənd çəkərəm bəxtimə nərdi,Mühreyi-talım çıxmaz kəsaddan.

Gedər gülüstana xəyali-ruhun,Görəsən necə oldu məskəni-Nuhun.

Deyirlər var Qasıra lütfi Məcruhun,Həqiqət dilşadam bu quru addan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets