Xuraman-xuraman
Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saətRuhi-məcruhə eyliyor ithaf.Nazənin bir fəriştə, bir afət.Bu təsəttür nasıl da cazibədar!Bunda pək incə bir lətafət var.
Sanki bir nevşükuftə gül fidanınPənbə tüllər əhatə qılmışdır.Ya ki bir kevkəbi-dirəxşanınÜstünü həp şəfəqlər almışdır.Mən açıq şerdən də həzz edərim,Fəqət ən gizli şeri pək sevərim.
Açaraq sivrilir çoq afətlər,Saf və azadə sanki bir zanbaq...Sən əmin ol ki, ey şükufeyi-tər,Gülə pək başqa fər verir yapraq!Söylə! Dünyada hanki sənətkar,Kölgəsiz bir rəsimdə sənət arar!?
O vücudi-lətifi qoy sarsın,Nurdan işlənən ipək tellər.Bəncə məğrurü möhtəriz baqışınRuhu təltif için kifayət edər.Örtün! Örtün... Fəqət unutma, saqın!Sənin açmaq zamanın: iştə yarın!..
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-xuraman-xuraman
Use ← → keys to move, R for a random poem
More by this author
Nişaburda mədrəsə yaşayışı... Tələbələrə məxsus bir oda. Ətraf taxçalarda kitablar, üstürlab və sair*həndəsə alətləri, sağda qapı başqa bir odaya, solda qapı dışarı açılar. Qarşıda iri pərdələr asılmış.*
İkinci pərdəBazar... Qarşıda çadırçı və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı*sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar*
Üçüncü pərdəAlp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada*Xacə Nizam gəlir, Hacıb baş əyər.*
Dördüncü pərdəI səhnəXəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə. İbn*
Poems by other poets
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Hübb ayəsi, zahid, sənə Quranda tapıldıHübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.
ای ز لبت لاله را آب خوشی در دهانآتش روی تو بس آینه عقل و جان