İçdim mərd əlindən eşqin badəsin,Bais oldu canda marağa, yazdım.Canan eşqi can evinə düşəndə,Düşdüm diyar-diyar sorağa, yazdım.

Biri qıya baxdı, saldı ataşa,Biri süzdü məni ayaqdan-başa,Biri məhbub oldu, döndü sirdaşa,Biri şəstin çəkdi darağa, yazdım.

Biri saldı məni qafil inada,Biri cəlil oldu həmdü-sənada.Biri əyal atıb uyandı yada,Biri sirr verəndə qırağa, yazdım.

İqbal rast olanda vəfalı yara,Vəsfini söylədim lalə rüxsara.Birini görəndə əsil mahpara,Birini bir çeşmi-çırağa yazdım.

Əlim üzüləndə ata-anadan,Alı qəmnak oldu başdan-binadan.Vəsfi aparmadı dəhri-fənadan,Nə vardı sinəmdə varağa yazdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love