Yeri
Gözəl, sən ki seyrangaha çıxıbsan,Gəl belə sallanma, yolu düz yeri.Cananım, cövrünə can saxlamışam -Ömrüm budağının gülün üz, yeri
Can qurban sənintək vəfalı dosta,Həsrətin çəkməkdən olmuşam xəstə.Qazdır məzarımı su yolu üstə,Hər gəlib getdikcə dolan, gəz, yeri.
Alıyam, yurdumu el-el gəzərəm,Çarəsiz dərdlərə dərman yazaram.Gətirmişəm tirmə şallar, bəzərəm,Sən yaxana qızıl düymə düz, yeri.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-yeri
Use ← → keys to move, R for a random poem