Biri nanu-nəmək tapmaz,Gəzər qaymaq, bal birisin.Gah növrəsti növrəst tapar,Gah da tapar çal birisin.

Tuş olanda əqli kəmə,Bil, düşərsən dərdi-qəmə;Özünü zinhar eləmə,Boşa onu, al birisin.

Bir yaxşını yaman tapdı,Bir nadanı qanan tapdı,Bir qananı cavan tapdı, -Tapdı əhli-hal birisin.

Biri yedi, giryan gəzdi,Biri tapmaz, hər yan gəzdi,Biri daim üryan gəzdi,Qucar tirmə-şal birisin.

Birini mürvət ucaltdı,Birini qeyrət ucaltdı,Birini sənət ucaltdı,Xoşhal etdi mal birisin.

Şadnak gördüm, sonu vaydı,Ömür gördüm, qışı yaydı,Gözəl gördüm, hüsnü zaydı,Gördüm mah-camal birisin.

Aşıq Alı belə yazdı:Şan-şöhrəti telli sazdı.Bir rəqib çox, yüz dost azdı,Demə, gözdən sal birisin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets