Dal-dala
Yaz açılcaq gəl çiçəyin seyrinə,Təbib deyər qoy tökülsün dal-dala.Bu dünyada şir də yalqız olmasın,Qardaş gərək cüt dayana dal-dala.
Müxənnət göz qoymaz dala, qabağa,Hərcaydar heç çıxmasın qabağa.Yaxşı köhlən cəhd eləyər qabağa,Yaxşı iyid fikir verər dal-dala.
Xudam məni tək yaradıb, təkbətək,Gecə-gündüz fikr elərəm, təkbətək.Aşıq Alı, çək döşünə təkbətək,Müxənnətdən çək ətəyin, daldala.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-dal-dala-2
Use ← → keys to move, R for a random poem