Dolandırır
Ay ağalar, gəlin sizə söyləyim,Dövlətli malını, əl dolandırır.Kəsilibdi hörmət, yoxdu məhəbbət,Yəqin bu dünyanı pul dolandırır.
Bu dünyanın şərabından içməyən,Karvan olub, Haqq yolundan keçməyən,Evdə arvadına sözü keçməyən,İndi koxa olub, el dolandırır.
Aşıq Alı deyər, halım pərişan,Ağ üzündə qoşa xallar hər nişan,Binamus qohumdan, namuslu düşman,Öldürsə, qəbrimə gül dolandırır.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-dolandirir-ay-agalar-gelin-size-soyleyim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
که کار کردن بیمزد، عمر باختن است
Bilüme müşg saçunı şehâ kemerlenüremBilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər: