Hər yetən hərcayı deyir aşığam,Setaiyə simi tel dolandırır.Adam var başını saxlaya bilmir,Mahalda camaat, el dolandırır.

Adam var ki, fikir, zikir eyləyir,Adam var ki, haqqa şükür eyləyir,Adam var ki, hiylə, məkr eyləyir,Aralıqda fitnə, fel dolandırır.

Aşıq Alı şər işlərdən qaçqındı,Adam var ki, səxavətdə daşqındı,Adam var ki, çörək versə, çaşqındı,Dalınca gözündə sel dolandırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets