Həzrət əmir bayram günüGeyinib don qırmızı,İsmayıla gəldi qurbanTöküldü qan-qırmızı.Oxudu "İsmi-əzəm"iBağladı zülfüqarı,Çaldı qılıncı Əntərə,Oldu meydan qırmızı.

Buyurun mirzələrəBelə yazsın yazını,Öz-özünə fikr eyləsinXub danışsın sözünü.Aşıq gərək püxtə olsunXam bilməsin özünü,Girsin eşqin kürəsindəPişsin büryan qırmızı.

Deyər Aşıq Alı uçubBu könlümün pərgarı,Ustada qulluq etməyənKim olar xiridarı.Mənnən bəhsə duran aşıqGəlsin dursun üz barı,Sərraf mənəm, istiyirəmLəli-mərcan qırmızı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets