Yarı yad eyləsən a nazlı canan,Eynindən iraqda ha qala-qala.Leyli-nahar həsrətindən nalandı,Çəkirsən sərini ha qala-qala.

Naqis rast gələndə qala, sarsıyar,Yar həsrəti canda qala sarsıyar.Eşqin atəşindən qala sarsıyar,Eşqə nə çəkirsən ha qala-qala.

Səxalısan az Alını yan, ara,Kəs arasan at dəryaya, ya nara.Yanar neylər əzəlindən yanara,Atəşi atəşə ha qala-qala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love