Əziz mehribanım, gözümün nuruBeyqəfildən bir balaya düşmüşəm.Qəza yazdı, qədər gördü işini,Alışıb ataşa, nara düşmüşəm.

İtirdim irahı, gəzdim düzünü,Mən görmüşəm nainsafın yüzünü,Gəl sənə söylüyüm sözün düzünü,Ah çəkibən ahu-zara düşmüşəm.

Alıyam, sərimnən gedib xəyalım,Nə loğman tapmadım, nə də ki, alim,Mən sənə neylədim, a qəddar zalım,Məcnun olub dağa, daşa düşmüşəm?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets