Dərmansızdı bəd övladdan gələn dərd,Bu dərd əyən ata düzələ bilməz.Dilin yarasından kəc olan könül,Gedər qiyamata, düzələ bilməz.

Bu dünyada arsız gəzməyə nə var,Tufansız ümmanda üzməyə nə var,Mərdin cəfasına dözməyə nə var,Namərd vuran xata düzələ bilməz.

İnsafdımı, Aşıq Alı qocala,Müddəilər gələ, ondan bac ala!?Bir kimsə ki, gədəlikdən ucala,Başı ərşə çata, düzələ bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets