Qıfılbənd
Bizdən salam olsun arif olana,Haqdan kimə üç şey yetişdi barat?Kimlər idi gəldi onun yanınaİkisi şad oldu, birisi qarat?
O kim idi hardan-hara atdılar?O nə idi - nədən nəyə qatdılar?O kim idi əhdi-nikah etdilər?Hansı xöşbəxt oldu, hansı xəcalət?
O necə gözəldi on dörd bənnalı?Səksən min bədəni, doxsan xəyalı?Kimiylə danışır o, xoş mənalı,Kiminə eyləyir o xoş iltifat?
Yüz on dörd nədi ki, gəlir bəyana?Təp-təzə olmasa, çıxmaz bir yana.Səcdə qılsan, şükr eləsən SübhanaTapar nicatını həlli-müşkülat.
Aşıq Alı deməz əfsanə sözü,Haqq nədən yaratdı qızıl öküzü?Neçə min ayağı, neçə min gözü?Neçə min tükü var gətir bir xəyyat.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-qifilbend
Use ← → keys to move, R for a random poem