Məndən salam olsun arif olana,Bizdən əvvəl hansı canlar gəlibdi?Kim nə dedi, kim nə gətdi, payladı?Nəfəsi yox din-imanlar gəlibdi.

O kim idi, nədən hasar eylədi?O kim idi, ona nisar eylədi?O kim idi, həqiqəti söylədi?Onu bilən o qılmanlar gəlibdi.

Yüz otuz başı var, haxdan gəlibdi,Yüz on dörd yaşı var, arif bilibdi.Aşıq Alı bu hesabı bölübdü,Bundan əvvəl nə fərmanlar gəlibdi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets