Arizin görsə fələk, mehr buraxmaz ayə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Arizin görsə fələk, mehr buraxmaz ayə
Zərrə, zərrə qılıb onu buraxar səhrayə.
Surətin əksin alıb, bağə girər hərdəm su,
Rəşkdən qan içirər bərgi-güli-rənayə.
Yeridir əksinə ayinə dəmir bənd ursa,
Nə üçün qarşı durur sən kimi bihəmtayə.
Bulduğu yerdə həsəddən gün urar sayənə tiğ
Ki, rəfiq olmaya sən mahi-mələksimayə.
Oxa peykan dikilir qəmzən üçün peyvəstə
Toxunur tənə oxu qaşın ucundan yayə.
Ləli-nabın sifəti, şəhdi-müsəffadır, leyk
Acı etmiş onu səfrayi-həsəd səhbayə.
Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb,
Necə meyl etmək olur sən kimi bir rüsvayə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-arizin-gorse-felek-mehr-buraxmaz-aye
Use ← → keys to move, R for a random poem
More by this author
Dehqani-hədiqeyi-hekayət,Sərrafı-cəvahiri-rəvayət
Bu, bünyadi-binayi-bəladır və müqəddimeyi-ələmi-ibtiladırMəktəbdə onunla oldu həmdəmBir neçə mələkmisal qız həm.
Bu, sifəti-Məcnundur və ibtidai-möhnəti-füzundurBir dilbəri-sərvqəddü gülruy,Sərvi-xoşü gülrüxü səmənbuy.
Bu, Leyliyə anası itab etdigidir və bəhari-vəslinə xəzan yetdigidirÇün məkr ilə Qeysi-bədsərəncam,Bir neçə zaman keçirdi əyyam.