Bu, tuğrayi-misali-məhəbbətdir və dibaçeyi-divani-möhnətdir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Dehqani-hədiqeyi-hekayət,Sərrafı-cəvahiri-rəvayət
Mə'ni çəmənində gül dikəndə,Söz riştesinə gühər çəkəndə
Qılmış bu rəvişdə nüktədanlıq,Gülrizligü gühərfəşanlıq
Kim, xeyli-ərəbdə bir cəvanmərd,Cəm'iyyətü izzü cah ilə fərd,
Müstəcnəi-cümleyi-fəzailBulmuşdu rəyasəti-qəbail.
Əmrinə ərəb mütjü münqad, CəhBəirə məqamı, gah Bağdad.
Bir büq'ədə olmayıb qərarı,Gəzməldə keçərdi ruzigarı.
Hər ləhzə urardı ol yeganəSərçeşimələrə siyah xanə.
Seyr eylər idi sürüb tənə'üm,Gözlər izərə misali-mərdüm.
Övzai-xiyami-mişkfamiXəlqə şəbi-qədrtək girami.
Hər mənzilə kim, güzar edərdi,Səhrayi bənəfşəzar edərdi.
Gülzarlar içrə lalə çağı,Bənzərd evinə lalə dağı.
Əmvalım cəmii-cinsdən çox,Əmma bu cəhanda varisi yox.
Gər qılsa onu tələf həvadis,Yox bir xələfi ki, ola varis.
Fərzəndiz adəmi tələfdir,Baqi edən adəmi xələfdir.
Nəsl ilə olur bəqayi-insan,Nəzmi-reşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;Övlad qoyan, qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,Dünyada bir oğlu ola qabil.
Pirayosi ola dəstgahə,Sərmayəsi ola İzzü cahə.
Ah, ər ola bir səfihü sərkeş,Ətvari kərihü xülqi naxoş.
Təşni' oxuna olub nişanə,Bizar ola ondan atə-anə.
Əlqissə, ol əfzəli-qəbail,Ol piri-həmidətül-xəsail
Fərzəndə olub həmişə talib,Təhsili-bəqayi-nəslə rağib,
Çox mahüqa sənəmlər aldı,Çox türfə zəminə töxm saldı.
Çox nəzrlər etdi hər məzarə,Çox qıldı niyaz kirdigarə,
Tə'sir qılıb fəğanü ahi,Övn etdi inayəti-ilahi.
Bir gecə açıldı babi-rəhmət,Buldu əsəri-dua icabət.
Məqsud şəm'i münəvvər oldu,Sənduqi-əməl dür ilə doldu.
Tədric ilə qıldı kilki-təqdirNəqşi-qərəzi rəhimdə təsvir.
Bər verdi nihali-baği-məqsud,Açıldı güli-hodiqeyi-cud.
Çün və'də irişdi, doğdu bir ay,Xurşid rüxiylə aləmaray.
Şad oldular ondan atə-anə,Şükranə verildi çox xəzanə.
Əlqissə, ədəmdən oldu peydaBir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,İsa kimi tiflilikdə kamil.
Ol dəm ki, bu xakdanə düşdü,Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,Axıtdı sirişkü qıldı fəryad,
Yə'ni ki: "Vücud dami-qəmdir;Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,Səbr etsə gərək qəmi-müdamə".
Olmuşdu zəbani-hali guya,Söylərdi ki: "Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,Cəm' eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,Həm aləmi qəmdən eylə xali!
Peyvəstə məni əsiri-qəm qıl!Kəm qılma nəsibimi, kərəm qıl!
Zövq ilə keçirmə ruzigarım,Fani olana yox e'tibarım.
Ey eşq, qəribi-aləm oldum,Avareyi-vadiyi-qəm oldum,
Tədbiri-qəm etmək olmaz oldu,Gəldim, geri getmək olmaz oldu.
Səndən dilərəm mədəd ki, daimTəmkinim ola sən ilə qaim.
Bu bəzmdə kim, şərabı qandır,Saqi-cəlladi-biamaldır,
Bir mey mənə sun ki, məstü mədhuşDaim özümü qılım fəramuş.
Nə gəldigimi bilim cəhanə,Nə onu ki, necədir zəmanə.
Aləm gözümə görünməyə hiç,Bu riştədə bulmayım xəmü piç".
Dayə onu pak qıldı qandan,Qaldırdı bit tirə xakdandan.
Qüslün verib abi-çeşrai-tərdən,Süd yerinə verdi qan cigərdən.
Əqvamü qəbaili olub şad,Ol növrəsə Qeys qoydular ad.
Can ilə qılırdı dayə e'zaz,Əsbabi-kəmali-tərbiyət saz.
Lakin, ol edib həmişə nalə,Xoşnud degildi heç bu halə.
Ə'zasın edib əlilə əfgar,Eylərdi müdam naləvü zar.
Süd içsə sanırdı kim, içər qan,Əmcək görünürdü ona peykan.
Yox idi firib ilə qərarı,Yanında firibin e'tibarı.
Bir gün onu gəzdirirdi dayə,Dərdini yetirməyə dəvayə,
Bir evdə məgər ki, bir pərivəşOl tifli bəsi görüb müşəvvəş,
Rəhm etdi, əlinə aldı bir dəm,Tİfl onu görüncə, oldu xürrəm.
Hüsnünə baxıb qərar tutdu,Fəryadü fəğanını unutdu.
Olduqca əlində, oldu xəndan;Düşdükdə əlindən, oldu giryan.
Mahiyyətini çü dayə bildi,Ol mahı ona ənis qıldı.
Oldu bu dəxi onunla mö'tad,Nə dayə, nə anə eylədi yad.
Zatında çü var idi məhəbbət,Məhbubu görüncə tutdu ülfət.
Eşq idi ki, oldu hüsnə mail,Hüsnü nə bilirdi tifli-qafil.
Mə'lum idi əhli-halə ol halKim, nüsxeyi-eşqdir bu timsal.
Əlbəttə, bu tifli zar edər eşq,Aşüftəyi-ruzigar edər eşq.
Əlbəttə, qılır bu sübh təsir,Xurşid çıxıb olur cahangir.
Çün tərbiyəti-ədibü dayəVerdi əsəri-təmam ol ayə,
Gün-gündən edib kəmal hasil,Ol mahi-növ oldu bədri-kamil.
Gəldikcə meyi-vəfadan əyyam,Hər dövrdə sundu ona bir cam.
Ta qıldı onu Eəmam sərməst,Tədric ilə dami-eşqə pabəst.
Çün sür'ət ilə dönüb zəmanə,On yaşinə yetdi ol yeganə;
Atasına müqtəzayi-adətFərz oldu ki, onu edə sünnət.
Cəm' etdi əhaliyi-diyari,Hər sahibi-izzü etibari;
Bəzl eylədi ol qədər zərü simKim, yetdi qiyasə fərqdən bim.
Xəlq onda görəndə kəsrəti-mal,Bim oldu ki, mün'əkis ola hal.
Ol safzəmir, pakməşrəbBir bəzmgəh eylədi mürəttəb
Kim, görmədi onu çeşmi-sağər,Cəmşiddən özgəyə müyəssər.
İtmamə yetib təriqi-sünnət,Tə'limi-ülumə yetdi növbət.
Əsbab ona eyləyib mürəttəb,Verdilər onunla zibi-məktəb.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-15
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı