Canımı odlara yandırmadasan,Bir deməzsən yaxılar, candır bu!

Sevginin sanma ki dövranı keçib.Ayrılıqla dolu dövrandır bu.

Yenə bülbül şəhid olmuş gül üçün,Yenə həsrətli gülüstandır bu.

Sən sevilmək diləyirsən ancaq,Sevməyirsən, sənə nöqsandır bu.

Köksümü parçalayıb, bağrımı yar,Can de, candan sənə qurbandır bu.

Canı canana verib can bulmaq,Eylə zənn eyləmə asandır bu.

Sən mələksən, səni istərsə ZəkaNeyləsin, adi bir insandır bu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love