Ölməli insanlar ölən deyildir,Onların dərdinə qalan tapılmaz.

Cəfənglər yazanlar ölən deyildir,Ərdəmli ozanlar hissə qapılmaz.

Cılızlar bu qədər olmasaydılar,Ulular bu qədər olmazdı yadda.

Ölməli olanlar qalmasaydılar,Qalmalı olanlar qalmazdı yadda.

Dünya işlərini asan görmədim,Min hikmət gizlənir oyunlarında.

Ha baxdım, bir kiçik nöqsan görmədimDahi təbiətin qanunlarında.

Nədir alçaqların sevinci, dərdi,Kim deyir, nadanlar qalır həyatda?!

Ölməli insanlar gəldi-gedərdi,Qalmalı insanlar qalır həyatda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice