Allahım!..
Tankla mərmiylə, topla doğrandı,Parçalandı silahsız insanlar!Yandırıldı, yaxıldı, odlandı,Öldürüldü pənahsız insanlar!
Ordusuz yurda ordular doldu,Bağçalar yandı, qönçələr soldu,Bakının bağrı tarimar oldu,Güllələndi günahsız insanlar!
Verdi fərman quduzların quduzu,Qırdı alçaq bölük-bölük oğuzu,Tapdadı pəncələrlə yurdumuzuTapdadı o ilahsız insanlar.
Ruhumuz oldu neydən, Allahım,Xalqımız düşdü heydən, Allahım!Görməyirdinmi göydən, Allahım,Necə qalmışdı ahsız insanlar?!
Zorbalar əylənib də gülsünmü?Yavrular torpağa gömülsünmü?Qan içənlər əlində ölsünmüBu zavallı sabahsız insanlar?!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-allahim
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan xalqının gözüdür Üzeyirbəy,Musiqi aləminin sözüdür Üzeyirbəy.
FüzuliEy Füzuli, adınla iftixar eylərik biz,Bir şair tuta bilməz sənətin tutan yeri!
Ana yurda yasaq olar ömürlükAna yurda yasaq olar ömürlükYad ellərdə, yad əllərdə qalanlar.
Bir sabah bir salıq yayılmalıdırBir sabah bir salıq yayılmalıdır,Dəyişir hər nə var, dönür hər şey.