Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Atəşdə yox o suz ki, bu qəlbü təndə var!
Mən tək gözəl yolunda edən canını fəda,Nə Qeysdə, Kərəmdə, nə də Əhriməndə var!
Səndən yetişsə hər nə bəla canə nuşdur,Çünki gözüm sən kimi simin-bədəndə var!
Şair o gül dodağını yaquta bənzədir,Haşa, bu rəngü buy, nə ləl Yəməndə var!
Ətri-rüxünü bəzi də reyhana bənzədir,Reyhan nədir, bu ətr nə müşki-Xütəndə var!
Qəddin yanında sərvi-səhilər də alçalır,Bir sərv qamətin kimi, haşa, çəməndə var!
Maqta — the closing couplet bearing the poet’s pen name. Şaiq, bu aləm içrə sənə göz dikib, gülüm,Meyli nə əqrəbadə, nə şövqi-vətəndə var!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-bulbulde-yoxdur-esq-o-esq-ki-mende-var
Use ← → keys to move, R for a random poem
More by this author
Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.
İyirminci əsrə xitabMəzlumların ümidisən, ey əsri-pürxətər!İzlər böyük addımlarını bir sürü bəşər!
Yad et!Vəqta ki gülər bahari-amal,Hər yerdə yaşıllanır çəmənlər.
Nişanlı qızZülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,
Poems by other poets · Nature and spring
Əcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?
Bu gecəQəm çəkmə, qəm yemə, divanə könlüm,Yetirərəm səni yara bu gecə,
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.