Zülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,Atəşli düşüncələrlə inlər,Bəxtindən uzun şikayət eylər.Həsrətlə qucaqlayıb dizini,Yaqut üzüyə dikib gözünü,Ən haqlı bir etirazla ağlar,Fəryadı bu kainatı dağlar.Söylər: “Bu üzük mənə nişandır,Könlüm tək onun da bəxti qandır.Layiqmidir, ey həyat, – söylər, –Bir div ola bir pərilə həmsər?Heyvan kimi sərvətə satıldım,Suçlu kimi zindana atıldım.Ey taleyim, etmə gəl mənə naz,Qan qusmağa neylərəm qızıl tas?Mən yalğızam, ah, yox müinim,Dağ-daşları sızladır əninim.Söndürdü atam çırağımı, ah!Bir qönçə, tikanla oldu həmrah”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate