Bu ölkədə nələr yoxdur görənə?Hər yan, hər şey bir-birindən gözəldir.O qartallı dağlara sor, nə deyir:Yüz min bahar gördüm, gəncəm bax yenə.

Baxsanız o beli çökmüş yamaca,Sinəsində şən quzular bəslənir.Çoban oxur, çalır, dağlar səslənir,Nə anladır o kəkliklər turaca?

Göy yamacın ətəyində kəndciyəz,Dörd yanında dalğalanır tarlalar,Ətir saçan çöl-çəmənlər, ovalar,Yaşıl bir atlasdır – ucu görünməz.

Bağlarında, bax, gül-gülü çağırır,Ətək-ətək noğul səpər hər ağac.Dağ başından günəş baxınca qıyğac,Quşlar durmur, sərsəm kimi bağırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring