Yad et!
Vəqta ki gülər bahari-amal,Hər yerdə yaşıllanır çəmənlər.Vəqta ki, olar müsaid iqbalBülbüllər ötər, susar zəğənlər,Parlaq bir işıq alar fəzanı,Dünyanın üzü dönər cinanə,Gəzdikcə o aləmi-ziyanı,Baxdıqca o gülşəni-cəhanə,Yad et, məni – şairanə yad et!
Vəqta ki gələr sevimli ati,Bir dairəyə girər həqayiq.Nuru bürüyər bütün cihati,Ulduzlar ilə yanar məşariq.Vəqta ki bulud, duman görünməz,Qalmaz daha zülmdən nişanə,Yerlərdə bəşər üzü sürünməz,Qurd-quş sığınar bir aşiyanə,Yad et məni – Şaiqanə yad et!
Atəşli, münir əməllərimlə,Bir gün düşərəm soyuq məzarə.Əşari-təranəpərvərimləBir gün susaram dönüb qubarə.Vəqta ki bu şairi-vətəndənDünyada nə iz qalar, nə bir nam,Üzdükcə səadət içrə şən-şən.Sürdükcə dəmadəm ömrü-xoşkam,Yad et məni – qaibanə yad et!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-yad-et
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
KənarındaBugün bir gözəlin seyrinə vardım,Əlində şanəsi tel kənarında.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
SəninçünO gün ki hicrana uğradı yolum,Qırıldı qanadım, qırıldı qolum.