Derdim ki, bahar olsun,Dağlar, dərələr dolsunAl, incə çiçəklərlə.

Derdim ki, günəş doğsun,Zülmətləri qoy boğsun,Nur saçsın ətəklərlə.

Bir səs dedi: ey qafil,Hər meyvə olur hasilZəhmətlə, köməklərlə.

Qış getdi, bahar oldu,Çöllər, təpələr dolduŞən üzlü mələklərlə.

Alqış sənə, ey zəhmət!Dünyaya saçan nemətSənsən bu əməklərlə.

Gündən-günə ol qadir,Çarpışmağa sən hazırYerlərlə, fələklərlə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring