Bahar
Haydı, bu boranlı qış da bitdi.Alqışladığım bahar yetdi.Qızdı günəş, əsdi isti yellər,Qarlar əridi, axışdı sellər.Çöllər, dərələr tamam oyandı,Hər yan yeni rəng ilə boyandı.Oldu yenə yamyaşıl ağaclar,Dağlar, təpələr, bütün yamaclar.Gülşəndə bənövşələr açıldı,Səhralara lalələr saçıldı.Quşlar qayıdıb oxur təranə,Şaxlarda tikirlər aşiyanə.Hər şeydə fərəh, sevinc, təravət,Artıq oyanıb, gülür təbiət.Görcək bunu qalmaz ixtiyarım,Təbrik edirəm, gözəl baharım!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-bahar
Use ← → keys to move, R for a random poem