Qəm çəkmə, qəm yemə, divanə könlüm,Yetirərəm səni yara bu gecə,Üzümü sürtərəm zülfə, buxağa,Çəksələr dilimdən dara bu gecə.

Qırılıb sonalar, boş qalıb güllər,Dağılıb havalar qan ağlar çöllər,Kül başına olsun şeyda bülbüllər,Gül mehman olubdu xara bu gecə.

Söyün sınmış dilin yara deyibdi,Təbib neştər vurma, yara deyibdi,Əğyar əli deyən yara deyibdi,Sübhə tək çəkmişəm nərə bu gecə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring