Ha sarı dağlar
Atar səni ellər gedər arana,Kədəri gərdənə ha sarı, dağlar.Tərlan sədalısan, qartal ədalı,Cida sal sərindən ha sarı, dağlar.
Qəhr edəndə geyinirsiz ay ağı,Nadan, naqis ərz eyləyər a yağı,Sarıyerdən Sərisəngə ayağı,Çəkirsiz diyara hasarı, dağlar
Nə adətdi, nə sehrdi, nə aldı,Zər yığanlar cəlalından nə aldı.İndi rəngin nə yaşıldı, nə aldı,Xəzanda geyirsiz ha sarı, dağlar.
Sənətkara hər cəhətin sənadı,Dağ nəs addı, hardan aldın sən adı.Alı səndə sin sanına sənadı,Şər çəkir səcdənə ha sarı, dağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-ha-sari-daglar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
OlubBizim bu gözəllər ata-babadanİpək xasiyyətli, həyalı olub.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək