Olmuşam
Dörd yanımda dövrə vuran gözəllər,Ağlımı itirib zayıl olmuşam.Məcnuni-məhəbbət, eşqi Leyliyəm,Düşüb səhralara sayıl olmuşam.
Mən görürəm siz hamınız şahsınız,Gözəllikdə tamam mehri mahsınız,Bilqeyis sifətli xoşzəbansınız,Kəklik sürbənizə mayıl olmuşam.
Mən Alıyam, öz Bəsdimin yarıyam,Görməzə-bilməzə intizarıyam,Hicran barkeşiyəm, dərd tüccarıyam,Qəm yükü çəkməyə qayıl olmuşam.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-olmusam
Use ← → keys to move, R for a random poem