Keçsin
Şəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.Çəkər həsrətini, el cana gələr,Nə gərək qal etsin, dal dala keçsin.
Hərdən ey nazənin ara, dan yarı,Ara aşkar desən, ara dan yarı.Alarsa, haqq alsın aradan yarı,El gəlsin yasına dal-dala keçsin.
Ərz eylədin sən Alıya, yan, ağa,Aşiq yanar, nədən keçsin yan, ağa.Həssas eyni aşiqsə al yanağa,Canan qarşı gəlsə, dal, dala keçsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-kecsin
Use ← → keys to move, R for a random poem
More by this author
Bəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı sözünü qulluğunuzda ərz eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin, qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:Dilim sana bu nəsyəti deyirəm,
Hacı Hüseynin Aşıq Alıya at bağışlamasıAğbulaxlı Hajı Hüseyn Aşıx Alının yaxın dosdannnan biri oluf. Deyilənnərə görə, Hajı Hüseyn Göyçənin addı-sannı, tanınmış, yoxsul dərdi çəkən səxavətdi adamlarınnan biriymiş. Aşıx Alı həmişə qonşu kənddərə, Qaraqoyunnu dərəsinə, eləcə də Qazağa, Tovuza, Borçalıya gedəndə Hajı Hüseynin evinə düşər, dostuna qonax olardı. Eşidif bilən kimi qonum-qonşu aşığın başına toflaşar, Hajının öyü toy öyünə dönərmiş. Günnərin bir günü Aşıx Alı dostu Qiyas ağadan bir məktufalır. Oxuyanda görür kü, dostu onu Qazağa oğlunun toyunu keçirməyə çağırır.
Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (1)Aşıq Əsmər:Kəndini laf edib, “aşığam” demə,
Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (2)Aşıq Əsmər:Arifi-xoşkəlam, tutiyi-imran,
Poems by other poets · Love
Yenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?
تا من پی آن زلف سرافکنده همی دارمچون شمع گهی گریه و گه خنده همی دارم
Olur hərçənd can şirin, vəli canan yerin tutmazOlur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
AğlaramSultanlar əyləşdi nərgiz taxtında,Aralığa Şəmşir endi, ağlaram!