Aşıq Əsmər:Arifi-xoşkəlam, tutiyi-imran,Gəl al məni, mən də sənnən varalım.Kimdi bu dünyanın axırın görən,Gəl al məni, mən də sənnən varalım.

Aşıq Alı:Sənəmlər sənəmi, gözəllər xası,Necə deyim, sən də mənnən varalı?!Ayıfdı, aləmə düşməsin səsin,Necə deyim, sən də mənnən varalı?!

Aşıq Əsmər:Gövhər gəlib dür mədənin pozubdu,Yaxşını gətirib pisə yozubdu,Bəlkə yazan məni sənə yazıbdı,Gəl al məni, mən də sənnən varalım.

Aşıq Alı:Bir xalın bəzirgan, bir xalın hacı,Bir xalın qiymətdə Urum xəracı,O dünya, bu dünya - sən mənə bacı,Necə deyim, sən də mənnən varalı?!

Aşıq Əsmər:Əsmərəm, səniynən olaydım sirdaş,Ağlaram, didəmnən gedər qannı yaş,Sən ki, bacı dedin, ol mənə qardaş,Bir-birini axtaralım, soralım.

Aşıq Alı:Alı deyir: nə xəyala dolmuşuq,Heyva kimi saralmışıq, solmuşuq,İlqar verib bacı-qardaş olmuşuq,Sən bacımsan, bu ilqarda duralım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets