Ovçunsuyam bir şahmarın qoynunda,Yatıram onunla yar əvəzində,Xəstəyəm, ürəyim yaman istəyir,Yeyirəm bibarı nar əvəzində.

Bu qəmli könlümü bir kimsə bilməz,Məhşərədək üzüm şad olub gülməz.Atəşimi daşqın çaylar söndürməz,Od allam ağzıma qar əvəzində.

İman, sirrin öz qəlbində pünhandı,Ariflər eşidib, dərdimi qandı.Ala qarğa öz yerində tərlandı,Tərlan qürbət eldə sar əvəzində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets